Əsas məzmuna keç

Dəri törəmələrinin götürülməsi

Dəridə olan pappilomaların (HPV), ziyillərin, döyənəklərin, kontagioz molyuskların və digər dəri törəmələrinin krioterapiya, elektrokoaqulyasiya, flexible lazerlə təmizlənməsi

Neomed Medical Center-də dəridə yaranan müxtəlif xoşxassəli törəmələrin, o cümlədən papillomaların (HPV), ziyillərin, döyənəklərin, kontagioz molyuskların, keratomaların və digər dəri dəyişikliklərinin müayinə, diaqnostika və aradan qaldırılması xidmətləri həyata keçirilir. Törəmənin növü, ölçüsü, yerləşdiyi nahiyə və pasiyentin fərdi xüsusiyyətləri nəzərə alınaraq uyğun müalicə üsulu seçilir. Bu məqsədlə krioterapiya (maye azot vasitəsilə dondurma), elektrokoaqulyasiya (elektrik enerjisi ilə toxumanın koaqulyasiyası) və flexible lazer texnologiyaları tətbiq oluna bilər. Prosedurlar dəri törəmələrinin ölçüsünün azaldılması və ya aradan qaldırılması, estetik narahatlığın və bəzi hallarda fiziki diskomfortun aradan qaldırılması məqsədi daşıyır. Müdaxilədən əvvəl dermatoloq tərəfindən törəmənin klinik qiymətləndirilməsi aparılır, şübhəli hallarda əlavə müayinə və ya histopatoloji analiz üçün nümunə götürülməsi tövsiyə edilir. Hər bir pasiyent üçün fərdi prosedur və sonrakı dəriyə qulluq planı müəyyənləşdirilir. Məqsədimiz təhlükəsiz tibbi yanaşma, düzgün müalicə seçimi və dərinin sağlamlığının qorunmasını təmin etməkdir.

Həkimlər

Bizə zəng edin WhatsApp